Ortodontiya -əyri dişlərin düzəldilməsi, diş çənə və üzündəki uyğunsuzluqların aradan qaldırılması ilə məşğul olan bir bölümdür.
Breketlə müalicə (breketlərin daşıma müddəti) yüngül dərəcəli əyriliklərdə 6-8 ay, orta dərəcəli əyriliklərdə 12 ay, ağır dərəcəli əyriliklərdə isə 18 ay və daha çox müddət civarındadır. Əyriliklərin dərəcəsi isə müayinə zamanı təyin olunur.
Diş əyriliklərinin breketlərlə müalicəsinin səbəbi dişlərin estetik olaraq düzəldilməsi ilə birliktə dişlərin sağlamlıqlarının qorunmasıdır. Belə ki, dişlər əyri olduqları zaman təmizlənmələri bir xeyli çətinləşir. Xüsusilə də əyrilik bölgələrində dişləri təmiz saxlamaq çətinləşir və o bölgədəki dişlərin və diş ətlərinin sağlamlığı təhlükə altındadır. Eyni zamanda ortodontik müalicə ilə alt və üst dişlərin bir-biri ilə düzgün bağlanmağını təmin etmək – qidaların düzgün çeynənməsi və lazımı qədər üyüdülməsi deməktir. Bu da öz növbəsində həzm sisteminin xəstəliklərinin qarşısını almaq deməktir.
Yəni dişlərin sağlamlığını qorumaq üçün aparılan bir müalicə təbii olaraq dişlərə zərər verməz. Lakin həkimin təcrübəsizliyi və pasiyentlərin səhlənkar yanaşması dişlərə zərər verə bilər.